AZ

“Rusiya Ermənistana açıq təzyiq göstərə bilməz” ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ermənistan hazırda əsas dayanağı kimi ABŞ-ı görür və ABŞ administrasiyası ilə İrəvandakı səfirliyin mövqeləri çox güclüdür”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Rusiya bunu qəbul edir. Lakin Rusiya əgər açıq şəkildə Ermənistana qarşı mövqe ortaya qoysa, ABŞ-ı günahlandırmaq məcburiyyətində qalacaq ki, bunu edə bilmir, çünki ABŞ-la müəyyən məsələlərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində, dialoqu davam etdirmək istəyir. Ona görə də əsas neqativ retorika Avropa İttifaqına yönəldilir”.

Tural Gəncəliyev əlavə edib ki, Rusiyanın Ermənistana açıq təzyiq göstərməsi və ya hakimiyyəti növbəti seçkilərdə məğlub etmək üçün enerjisi və resursu yoxdur, çünki bu birbaşa ABŞ-la toqquşma deməkdir:

“Eyni zamanda Avropa İttifaqı ilə qorxutmaq da effektli deyil, çünki Ermənistan yaxın gələcəkdə Aİ üzvü olmayacaq və Aİ sanksiyalarına qoşulmayacaq. Bu, sadəcə Rusiyanın qıcıq və hirsinin təcəssümü kimi qiymətləndirilə bilər.

Vitse-prezidentin səfəri və Rusiyanın TRIPP marşrutuna qoşulmaq imkanlarını nəzərdən keçirməsi göstərir ki, Rusiya bu vəziyyətlə barışıb və diplomatik yolla iştirakını təmin etmək istəyir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
icma.az

1Mənbələr