AZ

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı qaydalarda dəyişiklik edildi

BAKI, 9 fevral. TELEQRAF

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı qaydalarda dəyişiklik edildi

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 252-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 197; 2025, № 9, maddələr 858, 876) ilə təsdiq edilmiş 1 nömrəli əlavə ̶“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin: “3.7-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 (on beş) iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.”. 2. 6.1-ci bənddə “15.1.1-15.1.6-cı” sözləri “15.1.1-15.1.7-ci” sözləri ilə əvəz edilsin.

Seçilən
49
17
teleqraf.com

10Mənbələr