AZ

Orban: Hər həftə hadisələr Avropanı müharibəyə yaxınlaşdırır

"Hər həftə hadisələr Avropanı müharibəyə yaxınlaşdırır və Avropa İttifaqı ən çətin dövrlərlə üzləşir".

HİT.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bunu X sosial media platformasında yazıb.

"Hər həftə Avropanı müharibəyə yaxınlaşdıran yeni hadisələr baş verir. Ən təhlükəli dövrlər qabaqdadır. Macarıstan bu dəliliyə cəlb edilməməlidir", deyə o qeyd edib.

Orban 3 fevralda Ukraynaya qoşun yeritmək niyyətini açıqlayan NATO-nun baş katibi Mark Ruttenin sözlərini, eləcə də Ukraynada əsgərləri "formalarında Avropa bayrağı ilə" görmək istədiyini bildirən Avropa Parlamentinin üzvü Manfred Veberin açıqlamasını xatırladıb.

Fevral ayında Orban Ruttenin Ukraynada Avropa qoşunlarını yerləşdirmək planlarının həyata keçirilməsinin kollektiv Qərb və Rusiya arasında müharibə demək olacağını bildirib. Orban həmçinin Macarıstanın Ukraynaya Avropa qoşunlarının göndərilməsində iştirak etməyəcəyini qeyd edib.

Baş nazirin sözlərinə görə, Avropada müharibədən danışılanda birbaşa bildirilməlidir ki, Budapeştin pulları əvvəlcə Ukraynaya, daha sonra isə gənc macarlara göndərilə bilər.

Samir


 

Seçilən
46
4
hit.az

10Mənbələr