AZ

"Şəfa" "Səbail" ilə səfər matçına neçə itki ilə çıxacaq? - SON DURUM

1-ci Liqanın 14-cü turunda çempionluq uğrunda mübarizə aparan "Səbail"in qonağı olacaq lider "Şəfa" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Elgiz Kərəmli məlumat verib:

"Urfan Abbasov hələ də zədəlidir. O, "Səbail"ə qarşı oynamayacaq. Digər zədəli isə Pərviz Azadovdur. Pərvizin meydana çıxıb-çıxmayacağı sual altındadır".

"Səbail" - "Şəfa" qarşılaşması fevralın 12-də keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. 

Kərəmlinin komandası 31 xalla turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, "dənizçilər" 25 xalla 3-cü sırada qərarlaşıblar.

Nihat 

Seçilən
73
1
fanat.az

2Mənbələr