AZ

Çin Xalq Bankı 456 milyard dollarlıq likvidlik boşluğunu doldurmağa çalışır

Çin Mərkəzi Bankı bayram dövründə nağd pula tələbatın artmasını qarşılamaq üçün banklara limitləri artırıb.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır. 

Agentliyin hesablamalarına görə, bu maliyyə dəstəyi təxminən 3,2 trilyon yuan (456 milyard dollar) həcmində likvidlik çatışmazlığını aradan qaldırmağa imkan verəcək.

Ötən həftənin sonunda Çin Mərkəzi Bankı ümumilikdə 600 milyard yuan (86,4 milyard dollar) həcmində 14 günlük əks-alış razılaşmaları həyata keçirib. "Industrial Securities" proqnozlaşdırır ki, tənzimləyici bayramlar başlamazdan əvvəl oxşar alətlərlə 3,5 trilyon yuan həcmində vəsait cəlb edəcək. Bayram xərcləri, dövlət istiqrazlarının kütləvi buraxılması və korporativ tələbatın artması səbəbindən vəsaitin bank sistemindən çıxması gözlənilir.

Yanvarda Çin Mərkəzi Bankı istiqraz alımlarının həcməsini iki dəfə artırıb və bank sisteminə rekord həcmdə orta və uzunmüddətli vəsait – 1 trilyon yuan – daxil edib. Likvidlik üzərində təzyiqin bir hissəsi ev təsərrüfatlarının davranışı ilə bağlıdır. Huaxi Securities analitikləri bayram səfərləri və Ay təqvimi üzrə Yeni il mərasimi zamanı qırmızı zərflərdə nağd pul vermək ənənəsi səbəbindən 900 milyard yuan likvidlik çıxışı gözləyirlər.

Həmçinin, yanvarda Çin Mərkəzi Bankı banklara illik kreditlər üzrə faiz dərəcəsini rekord aşağı səviyyəyə – 1,5% endirib.

Samir
 

Seçilən
30
hit.az

1Mənbələr