AZ

Xuan Laporta "Barselona" prezidentliyindən istefa verib

"Barselona" klubunun prezidenti Xuan Laporta martın 15-də keçiriləcək Direktorlar Şurasına seçkilərdə iştirak edə bilməsi üçün vəzifəsini tərk edib.

Far.Az klubun rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün İdarə Heyətinin iclasında rəsmiləşdirilib.

Seçki prosesinə qoşulmaq məqsədilə Laporta ilə yanaşı, hazırkı idarə heyətinin bir neçə üzvü də tutduqları vəzifələrdən istefa veriblər.

Məlumata əsasən, iyunun 30-dək klubun gündəlik idarəçiliyi birinci vitse-prezident Rafael Yuste, vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro və İdarə Heyətinin digər üzvləri - Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust və Sisko Puyol tərəfindən həyata keçiriləcək.

Seçilən
33
far.az

1Mənbələr