Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astana meri Jenis Kasımbek ilə görüşüb.
AZƏRTAC Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkənin paytaxtları arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub.
Tərəflər, həmçinin Azərbaycan və Qazaxıstanda keçiriləcək beynəlxalq tədbirlərdə iştirak məsələlərini müzakirə ediblər.