AZ

Yaponiyada seçkilərdə ikinci ən uğurlu siyasətçi "süni intellekt hərəkatı"nın lideri Anno oldu



Yaponiyada keçirilən erkən ümumi seçkilərdə ikinci ən uğurlu siyasətçi ilk seçki kampaniyasında 11 yer qazanan "süni intellekt hərəkatı" kimi təsvir edilən siyasi hərəkatın lideri Anno Takahiro oldu.
Yaponiyada 8 fevralda keçirilən erkən seçkilərin nəticələri azlıq təşkil edən Liberal Demokrat Partiyasına (LDP) "super çoxluq" qazandırdı və eyni zamanda müxalifəti yenidən formalaşdırdı.Dövlət televiziyası NHK-nın məlumatına görə, ölkənin ilk qadın baş naziri Takaiçi Sanaenin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP) Nümayəndələr Palatasında (Şugiin) 465 yerdən 316-sını qazanıb.
LDP yerlərinin sayını 198-dən 316-ya çatdırmaqla 310 yerlik həddini aşdı və parlamentdə üçdə iki çoxluğu təmsil etdi. LDP, İkinci Dünya Müharibəsindən bəri ölkədə bu uğura imza atan ilk partiya oldu.

Bu kəskin artım diqqətəlayiqdir, çünki bu, Takaiçinin 4 oktyabr 2025-ci ildə LDP-nin daxili seçkilərində partiya lideri seçilməsi və sonradan 21 oktyabr parlament seçkilərində ölkənin "ilk qadın baş naziri" seçilməsindən sonra baş verdi.

LDP lideri kimi 127-ci və baş nazir kimi 110-cu günündə Takaiçi parlamentdəki azlıq partiyasını dörd aydan az müddətdə konstitusiyanı dəyişdirmək üçün kifayət qədər çoxluğa çatdırmağı bacardı və müxalifəti məğlub etdi.

Qələbə çıxışında Takaiçi bu nəticəni LDP-yə "əhəmiyyətli siyasət dəyişiklikləri" etmək səlahiyyəti və sülh elementlərini özündə cəmləşdirən müharibədən sonrakı konstitusiyanı dəyişdirmək imkanı vermək kimi təsvir etdi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
52
aia.az

1Mənbələr