AZ

Dövlət qurumunun binasında oğurluq 5,8 minlik ziyan

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun İnformasi Texnologiyaları şöbəsindən 4 ədəd HP markalı noutbuk oğurlanıb. Bununla da Xidmətə 5 829 manat ziyan vurulub. 

Qurumda mühafizəçi işləyən Araz Nadirov (şərti) cinayətdə şübhəli bilinərək saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edlan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlinin maddi ehtyacları ilə izah edib. 

Məhkəmənin hökmü ilə Araz Nadirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs kimi saxlanıldığı və həbsdə olduğu cəmi  cəmi 3 ay 8 gün müddət 1 günə 2 gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
qaynarinfo.az

1Mənbələr