Axar.az saytına istinadən ain.az xəbər verir.
Kəlbəcər rayonunda yanğın hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın rayonun Zar kəndində qeydə alınıb.
Kənd ərazisində tikintidə çalışan usta və fəhlələrin qaldığı kamp yanaraq tamamilə külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.