AZ

Qurban Qurbanov qarşıdakı matçda bu futbolçuların xidmətindən məhrurmdur - Dəqiqləşdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qarşıdakı matçda neçə futbolçunun xidmətindən yararlana bilməyəcəyi dəqiqləşib.

Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, cəzalı yarımmüdafiəçi Marko Yankoviç və zədəli qapıçı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı" ilə səfər oyununu kənardan izləyəcəklər.

Şamaxı şəhər stadionunda sabah baş tutacaq "Şamaxı" - "Qarabağ" qarşılaşmasının start fiti 14:30-da səsləndiriləcək.

Ağdam təmsilçisi 39 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutubsa, 23 xala malik "Şamaxı" 8-ci sırada qərarlaşıb.

Nihat

Seçilən
59
1
fanat.az

2Mənbələr