Şəmkirdə avtomobil ağaca çırpılıb, nəticədə maşında olan 4 nəfərdən biri ölüb.
Xezerxeber.az-ın məlumatına görə, ağır yol qəzası rayonun Sabirkənd kəndində qeydə alınıb.
Maşının ağaca çırpılması nəticəsində 38 yaşlı sərnişin Altuğ Mustafayev həyatını itirib.
Sürücü, Zəngilan rayon sakini 33 yaşlı Sucəddin Şükürlü, sərnişinlər - Quba rayon sakini 32 yaşlı Samir Qurbanov və Şamaxı rayon sakini 28 yaşlı Namiq Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər:
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.