AZ

Fəzail Ağamalı vəfat edib

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib. Bu barədə mediaya onun yaxınları məlumat veriblər. O, 78 yaşında Türkiyədə dünyasını dəyişib.

Mərhum siyasətçinin nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, bu barədə ilk xəbəri "manşet.az" yayıb.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin 6 çağırış üzvü olub. Qızı Günay Ağamalı Milli Məclisə VII çağırış deputat seçilib. Hazırda Ana Vətən Partiyasının sədridir.

Mətləb

Seçilən
57
2
sia.az

4Mənbələr