AZ

Fevralın 10 da və 11 də hava qeyri sabit keçəcək, temperatur 5 8 dərəcə enəcək

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Fevralın 10-da və 11-də hava qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək

Fevralın 10-da və 11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
49
oxumeni.az

10Mənbələr