AZ

Məmməd İbrahimin həbs müddəti artırıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı bu gün Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

Məhkəmənin qərarı ilə M. İbrahim barəsində həbs qətimkan tədbirinin müddətinin 4 ay uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Seçilən
22
9
yenisabah.az

7Mənbələr