Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ-dən hərbi dronlar aldığını açıqlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, ABŞ vitse-prezidenti Cey Di Venslə birgə keçirdiyi brifinqdə bildirib:
"Hərb və müdafiə sahəsində əməkdaşlıqda da əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Çoxvektorlu ikitərəfli əməkdaşlığımızı və üçillik aktiv hərbi təlimlərimizi davam etdirərək, Ermənistan ABŞ-dən "V-BAT" pilotsuz uçuş aparatları əldə edib. Onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub", - deyə Ermənistanın baş naziri vurğulayıb.