AZ

Prezident: Mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var

Mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı deyib ki, bir çox işlər artıq görülüb:

"Bəlkə də bu görünmür və ya hələ ki, görünməli deyil, lakin çox hazırlıq işləri görülüb və ən böyük gözlədiyimiz nəticə Amerika şirkətləri ilə strateji tərəfdaş kimi işləməkdir, çünki onlar bu sahədə liderdir. Yeri gəlmişkən, Prezident Trampla imzaladığımız sənəddə və imzalanmasını planlaşdırdığımız Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt və ona aid bütün məsələlər barədə xüsusi müddəa var".

İlham Əliyev vurğulayıb ki, "Marriott" Azərbaycanda nəinki paytaxtda, o cümlədən regionlarda öz fəaliyyətini genişləndirəcək:

"Ümid edirəm ki, regionlarda fəaliyyətiniz artacaq. Birləşmiş Ştatların digər mehmanxana şəbəkəsi və digər tərəflər də ölkədə var. Potensial hələ də böyükdür, çünki Azərbaycana səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Yalnız bir dövr var idi. COVID və ondan sonrakı dövrdə tənəzzül yaşandı. İndi isə həmin sahə bərpa olunub. Mehmanxanalarda tutum, həmçinin müvafiq səviyyədədir. Azərbaycanın dövri əsaslarla ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, həmçinin əlavə turistlər cəlb edir. Bir sözlə, tövsiyəm odur ki, Bakıda və rayonlarda imkanları araşdırmaq lazımdır. Siz xizək mərkəzini qeyd etdiniz. Oranı inkişaf etdirmək üçün böyük planlar var. Bu gün o, idman üçün artıq geniş və çox rahat məkana çevrilib. Yeri gəlmişkən, biz martda orada ilk beynəlxalq tədbiri təşkil edəcəyik. Beləliklə, mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var. Ümid edirəm, Amerikanın mehmanxana sənayesinin bir çox digər şəbəkələri, filialları Azərbaycana gələcək və görəcək ki, bu, biznes və sərmayə üçün yaxşı məkandır".

Seçilən
31
7
ikisahil.az

10Mənbələr