AZ

Fəzail Ağamalı vəfat etdi

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Seçilən
36
4
far.az

10Mənbələr