AZ

Əli Kərimlinin həbs müddəti uzadıldı

Bakı. Trend:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədriƏli Kərimlininbarəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-inməlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindənsaxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail RayonMəhkəməsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 aymüddətinə uzadılması barədə qərar qəbul edib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələkeçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyəyönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın RəyasətHeyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırmaçərçivəsində DTX-də dindiriliblər. Onların evində axtarışaparıldıqdan sonra DTX-yə aparılıblar.

Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-dəistintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz MehdiyevCinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyəyönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayətyolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittihamolunur.

Seçilən
30
31
az.trend.az

10Mənbələr