AZ

Britaniya Starmerin istefasını təkzib etdi

Böyük Britaniya Baş Nazirliyi Ofisinin rəsmi sözçüsü bildirib ki, Baş nazir Keyr Starmer cinsi cinayətlərdə adı hallanan Ceffri Epşteynlə əlaqələri olduğu iddia edilən siyasətçi Peter Mandelsonun ABŞ-a səfir təyin olunması ilə bağlı artan tənqidlərə baxmayaraq, istefa vermək niyyətində deyil.

Turkustan.az xəbər verir ki, bu barədə “Sky News” xəbər yayıb.

Baş Nazirliyin sözçüsü qeyd edib ki, Starmer diqqətini qarşısındakı vəzifələrə yönəldib və ölkə daxilində dəyişikliklərin həyata keçirilməsi üzərində işləməyə davam edir.

“Baş nazir işi sona çatdırmaqda qətiyyətlidir”, – deyə sözçü vurğulayıb.

Starmerin kabinetinin yekdil dəstəyinə sahib olub-olmadığı ilə bağlı suala isə Baş Nazirlik Ofisi qısa şəkildə “Bəli” cavabını verib.

Qeyd olunur ki, Şotlandiya Leyborist Partiyasının lideri Anas Sarvar Starmerin istefasını açıq şəkildə tələb edən azsaylı siyasətçilərdən biridir.

Buna cavab olaraq, Baş nazirin sözçüsü xatırladıb ki, Starmer ümumi seçkilərdə qalib gələn cəmi dörd Leyborist liderindən biridir.

“Onun Britaniya xalqından ölkədə dəyişikliklər aparmaq üçün beş illik aydın mandatı var və o, bu mandatı yerinə yetirəcək”, – deyə sözçü əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
1
turkustan.az

2Mənbələr