AZ

Xaçaturyan Venslə görüşdü

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistana rəsmi səfəri çərçivəsində ABŞ vitse-prezidenti Ceyms Devid Vens ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Ermənistan prezidenti regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ABŞ prezidenti Donald Trampın sülh prosesinə verdiyi mühüm töhfəni qeyd edib. Onlar həmçinin yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsinə və münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Qeyd edək ki, Vens sabah Bakıya gələcək.

Seçilən
63
9
bakivaxti.az

10Mənbələr