AZ

ABŞ Avropa qoşunlarına Ukraynada dəstək verməyəcək Lavrov

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Avropa ölkələrinin Ukraynaya göndərə biləcəyi hərbi qüvvələrə dəstək verməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rütte Ukraynada öz hərbi qüvvələrinin yerləşdirilməsi ilə “açıq şəkildə qürur duyduqlarını” bildirirlər. Onun sözlərinə görə, Avropa liderləri eyni zamanda ABŞ-nin da hərbi dəstək göstərəcəyini bəyan edirlər.

“Hazırda bu mövzunu amerikalılarla necə müzakirə etdiyimizi açıqlamaq istəmirəm. Lakin onlardan soruşduq: bu doğrudurmu? Demək olar ki, əminəm ki, onların cavabı avropalılar və [Ukrayna prezidenti] Volodimir Zelenski üçün müsbət olmayacaq”, – deyə Lavrov bildirib.

Fevralın 3-də Mark Rütte sülh sazişi imzalandıqdan sonra Ukraynada xarici qoşunların yerləşdiriləcəyini istisna etməyib. Rusiya Xarici İşlər Nazirliyində isə bildirilib ki, Ukrayna ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsi Moskva üçün qəbuledilməzdir və bu addım xarici müdaxilə kimi qiymətləndiriləcək.

Bundan əvvəl Lavrov qeyd etmişdi ki, Qərb Ukrayna hökumətini istənilən qiymətə qoruyub saxlamağa çalışır və NATO-nun təhlükəsizliklə bağlı təkliflərini bu kontekstdə tənqid etmişdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
redaktor.az

2Mənbələr