AZ

Mirşahin: “İçinizin irinini adamın ruhuna qusmayın, Fəzail Ağamalı Azərbaycanın ən yeni tarixinin ləyaqətli nümayəndələrindən biridir”

Bəzi kəslərə:

 

- bir İnsan vəfat edib. Rəhmət diləyin.

 

Başsağlığı verin.

 

Dərdə şərik olun.

 

Bacarırsınızsa…

 

Sağlığında nə deyirdinizsə, nə yazırdınızsa ona ünvanlanırdı. Vəfat edəndən sonra yazdıqlarınız, dedikləriniz isə sizi, içinizi, mahiyyətinizi göstərir.

 

Bu qədər də cahil olmayın. Sürü alqoritminə tabe olmayın. Qaragüruhçu olmayın. İçinizin xıltını, xorasını, irinini adamın ruhuna qusmayın!

 

O daha sizə cavab verə bilməyəcək! Siz sosial şəbəkələrdə yazdıqlarınızla yalnız özünüzü, mahiyyətinizi, əxlaqınızı nümayiş etdirmirsiniz. Siz bu xalqın tərkib hissəcikləri olduğunuza görə xalqı biabır edirsiniz.

 

Ayıbdır! Allah Fəzail Ağamalıya rəhmət eləsin! O, Azərbaycanın ən yeni tarixinin ləyaqətli nümayəndələrindən biridir. Tarixdə də belə qalacaq. Onu öz plintusaşırı səviyyəsinə uyğun təqdim və təlqin edən “cahiliyyə klubunun” arzusuna, niyyətinə baxmayaraq.

 

Ruhunuz şad olsun Fəzail müəllim! Mövqeyini heç vaxt gizlətməyən Vətəndaş! Soyuqqanlı, təmkinli, səbrli, Dövlətçi Siyasi Xadim! Allah Sizə Rəhmət eləsin!

 

Mirşahin Ağayev

 

REAL TV-nin rəhbəri

Tarix: 9 Fevral 2026, 22:36   
Seçilən
161
pravda.az

1Mənbələr