AZ

“Belə bir idmançıya azarkeşlik etmək çətindir” -Tramp

ABŞ Prezidenti Donald Tramp ölkə siyasətini tənqid edən amerikalı olimpiyaçı, fristayl xizəkçisi Hanter Hessa sərt cavab verib.

Redaktor.az xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Hessi “uğursuz” adlandırıb.

“Amerikalı olimpiyaçı xizəkçi Hanter Hess – əsl lüzerdir. O deyir ki, hazırkı Olimpiadada ölkəsini təmsil etdiyini hiss etmir. Əgər bu doğrudursa, o zaman ümumiyyətlə komandaya seçilməməli idi və təəssüf edirəm ki, komandaya düşüb. Belə bir idmançıya azarkeşlik etmək çətindir”, – deyə Tramp bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
46
2
redaktor.az

3Mənbələr