AZ

Böyük Britaniyanın Baş naziri Keyr Starmer istefa verəcək?

GBN-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Keyr Starmer 9 fevral axşamı Parlamentdə hakim Leyborist Partiyasının üzvləri qarşısında çıxış edəcək.

Görüş maliyyəçi Ceffri Epşteynlə dost olan Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson ətrafında davam edən mübahisələr fonunda baş tutacaq.
Qalmaqal ABŞ-da yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alverində ittiham olunan mərhum amerikalı milyarderin işi ilə bağlı daha çox materialın dərc olunmasından sonra başlayıb.

“Bloomberg” Leyborist Partiyasındakı mənbələrə istinadən bildirib ki, Keyr Starmer Peter Mandelson ətrafındakı qalmaqal səbəbindən növbəti həftə ərzində baş nazir vəzifəsindən istefa verməyə məcbur edilə bilər. Keçmiş səfirlə bağlı vəziyyət artıq Böyük Britaniya Baş nazirinin aparat rəhbəri vəzifəsində çalışan Morqan MakSvinin istefasına səbəb olub. Agentliyin mənbələrindən biri bildirib ki, Starmerin növbəti həftə ərzində istefa vermə ehtimalı 50 faizdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
85
editor.az

1Mənbələr