Bakı. Trend:
Nigeriyanın şimal-qərbində baş verən yol qəzası nəticəsində 30nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Trend xəbər verirki, hadisə Kvanar Barde ərazisində qeydə alınıb. Məlumata görə,qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən başverib.
Ölkənin Federal Yol Təhlükəsizliyi Qurumunun məlumatına əsasən,Nigeriyada 2024-cü il ərzində ümumilikdə 9 570 yol qəzası qeydəalınıb. Bu qəzalar nəticəsində 5 421 nəfər ölüb.
Mütəxəssislər bildirirlər ki, yol infrastrukturunun zəifliyi,qanunların lazımi səviyyədə icra olunmaması və bəzi sürücülərinintizamsız davranışı bu acınacaqlı statistikanın əsassəbəbləridir.
Qeyd olunur ki, Afrika dünyada yol qəzalarının ən çox başverdiyi regiondur. Halbuki, dünya üzrə mövcud nəqliyyatvasitələrinin cəmi 3 faizi bu qitənin payına düşür.