Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi planlaşdırır.
Bizim.Media xəbər veirr i, Bloomberg-in mənbələrə istinadən yazdığına görə, Avropa İttifaqı Ukraynanın Aİ-yə üzvlüyünə təminatların gələcək sülh sazişinə necə daxil edilə biləcəyinə dair bir neçə variant hazırlayır.
Müzakirə olunan variantlar arasında Kiyev üçün Aİ-yə üzvlük zamanı təqdim olunan müdafiənin başlanğıcdan təmin edilməsi, eləcə də blok üzvlərinin əldə etdiyi bəzi hüquqların dərhal verilməsi yer alır.
Digər variantlar isə Ukraynanın Aİ-yə üzvlük üzrə hazırkı prosedurunun davam etdirilməsini və ya keçid dövrünün tətbiqini, həmçinin ittifaqa mərhələli şəkildə qoşulmanı nəzərdə tutur.
Bizim.Media