AZ

İsrail Qəzzaya ağır zərbələr endirdi Azı 9 nəfər ölüb

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail ordusu atəşkəs anlaşmasına rəğmən, Qəzza zolağının müxtəlif ərazilərinə ağır zərbər endirib .

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 9 mülki şəxs həlak olub, onlarla insan yaralanıb.

Qəzzadakı Səhiyyə Nazirliyindən bildirilib ki, İsrail əvvəlcə Qəzza şəhərinin qərbindəki Nəsr küçəsindəki bir mənzili vurub: "Burada evdə olan 3 nəfər ölüb. Az sonra isə Beyt Lahiya şəhərindəki Əbu Tamam məktəbinin ətrafı bombalanıb. Burada isə 54 yaşlı fələstinli bir kişi həyatla vidalaşıb. Deyr əl-Bəla və Rəfaha hücumda isə ümumilikdə 5 nəfərin plməsi barədə xəbər var. Onlarla insan isə yaralanıb".

İsrail ordusundan bildirilib ki,  Rəfahdakı tuneldən dörd nəfər çıxaraq İsrail əsgərlərinə atəş açıb: "Onlar cavab zərbəsiylə öldürülüblər."

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
mia.az

1Mənbələr