AZ

Miqrantları daşıyan qayıq aşdı 53 ölü

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Liviya sahillərində miqrantları daşıyan reain qayığın aşması nəticəsində 53 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya üzrə Beynəlxalq Agentliyi (IOM) məlumat yayıb.

Qayıqda Afrikanın müxtəlif ölkələrindən olan miqrantlar var imiş. Əz-Zaviya şəhəri yaxınlığından yola çıxan qayıq 6 saat sonra qəzaya uğrayıb.

Belə ki, qayığa su dolub və onu batırıb. Cəmi 2 qadın xilas edilib. Onlardan biri həyat yoldaşını, digəri 2 körpəsini itirib.

Qeyd edək ki, IOM-un yaydığı məlumatda həmçinin, 2026-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyən 500-ə yaxın miqrantın itkin düşdüyü bildirilir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr