AZ

"Real"ın kapitanı cari mövsümün sonunda komandadan ayrıla bilər

İspaniyanın "Real" klubunun kapitanı Daniel Karvahal cari mövsümün sonunda komandadan ayrıla bilər.

Bakıvaxtı.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı müdafiəçinin müqavilə müddətinin uzadılması ilə bağlı hələ yekun qərar verməyib.

Klub artıq mümkün gedişi nəzərə alaraq, onun mövqeyinə alternativ oyunçu variantlarını dəyərləndirməyə başlayıb.

Qeyd edək ki, Karvahal 2013-cü ildən etibarən "Real"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Futbolçu bu mövsüm 10 oyunda iştirak etsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Seçilən
26
4
bakivaxti.az

5Mənbələr