AZ

Ramzan Kadırov oğlunun qəzaya düşməsi xəbərini TƏKZİB ETDİ: “Süni intellektə aldanmayın”

Ramzan Kadırov oğlunun qəzaya düşməsi xəbərini təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb.

Ramzan Kadırov oğlu Adam Kadırovun ağır yol qəzasına düşməsi ilə bağlı yayılan məlumatları “feyk” (yalan) adlandırıb.

O bildirib ki, müasir dövrdə süni intellektin köməyi ilə istənilən insanı aldatmaq mümkündür və oğlunun qəzaya düşməsi barədə xəbər də məhz belə bir uydurmadır.

“Süni intellekt vasitəsilə hər kəsi aldatmaq olar… Haradansa ortaya atılan və oğlumun qəzaya düşdüyü barədə olan yalan xəbər bir anda dünya mediasının gündəminə çevrildi”, – Kadırov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində yanvarın 16-da Adam Kadırovun ciddi xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə düşdüyü barədə iddialar yer almışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr