AZ

Hakan Fidan Ərdoğan Tramp münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirindən danışıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətləri dünya üzrə münaqişələrin nizamlanmasına töhfə verir.

Oxu.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə "CNN Türk" telekanalına müsahibəsində danışıb.

Nazir bu çərçivədə iki liderin münasibətlərinin Cənubi Qafqazda sülhün dəstəklənməsində özünü göstərdiyini vurğulayıb.

Fidan Qəzza və Suriyada qeydə alınan müsbət proseslərdə də Ərdoğan-Tramp münasibətlərinin rol oynadığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
oxu.az

1Mənbələr