AZ

UFF dən İnfantinoya kəskin reaksiya

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Canni İnfantino rusiyalıları ümiləndirən açıqlama verib. FİFA-nın prezidenti Rusiyanın milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı 2022-ci ilin fevralında verilən qərara yenidən baxılması məsələsinə toxunub."Football-plus.az" xəbər verir ki, Böyük Britaniyanın “Sky” telekanalına müsahibə verən ali futbol qurumunun rəhbəri Rusiyaya tətbiq edilən sanksiyaların heç bir müsbət nəticə vermədiyini etiraf edib:

“Biz bu qadağanın ləğvini nəzərdən keçirməliyik. Bunun qətiyyən tərəfdarı deyiləm. Bu məhdudiyyət heç nə vermədi, əksinə, daha çox məyusluq və nifrət yaratdı. Rusiyalı qız və oğlanların Avropanın müxtəlif bölgələrində futbol oynaması onların inkişafı üçün daha faydalı olardı”.

İnfantino həm də FİFA-nın qaydalara dəyişiklik etməli olduğunu vurğulayıb. O bildirib ki, qurumun nizamnaməsinə ölkələrin komandalarının siyasi səbəblərə görə futboldan məhrum edilməməsi barədə bənd salınmalıdı. Məlum olduğu kimi, Rusiyanın bütün kateqoriyalardan olan klub və yığma komandaları şimal qonşumuzun 4 il əvvəl Ukraynaya hərbi təcavüzünə görə beynəlxalq yarışlardan kənarlaşdırılıb.Ukrayna Futbol Assosiasiyasının (UFA) İnfantinonun məlum fikirlərinə kəskin reaksiyası özünü çox da gözlətməyib. UFA FİFA-nın rəhbərini Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməməyə çağırıb. Qurumun rəhbərliyi hesab edir ki, yarışlarda iştirak qadağası Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər təsirli vasitədi. UFA-nın mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir:

“Biz qadağanın effektiv olmadığını iddia edən fikirlərlə razılaşmırıq. Rusiya komandalarının hər hansı formada yenidən yarışlara qaytarılması turnirlərin təhlükəsizliyini və idman prinsiplərinin bütövlüyünü risk altına qoyur”.

Qeyd edək ki, Rusiyanın bayraq və himnlə birlikdə beynəlxalq turnirlərə qayıtması məsələsi FİFA-nın aprelin 30-da Kanadanın Vankuver şəhərində keçiriləcək Konqresində müzakirəyə çıxarıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr