AZ

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi

İran Dövlət Televiziyasının "Xəbər kanalı" bu gün prezident Məsud Pezeşkianın iştirak etdiyi layihələrin açılış tədbirinin yayımını yarımçıq dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, proqram başladıqdan bir neçə dəqiqə sonra kanalın aparıcısı Pezeşkiana xitabən yayımı yekunlaşdırmalı olduğunu bildirib.

Pezeşkian isə sərt reaksiya verərək deyib:

"Xəbər kanalının əhəmiyyəti yoxdur, biz öz işimizi görürük. Xəbər kanalı lazımsız açıqlamalar vermək əvəzinə, insanların məlumatlandırılması üçün bu məlumatları yayımlamalıdır".


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr