AZ

Sloveniyada süni intellekt fabriki açıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Sloveniyanın Baş naziri Robert Qolob şirkətlərə, tədqiqat institutlarına və ictimai sektor istifadəçilərinə süni intellektin inkişafı üçün əsas xidmətlər göstərməyi hədəfləyən fabrikin açılışını edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Sloveniya Radio və Televiziyası (RTV) məlumat yayıb.

Açılışda danışan Qolob, süni intellektdə geri qalmamaq üçün çalışdıqlarını və fabrikin bu mövzuda onlara kömək edəcəyini bildirib.

Qolob vurğulayıb ki, fabrikdəki “superkompüter” təkcə elm adamları üçün deyil, sənaye və iqtisadiyyat da daxil olmaqla bir çox sektor üçün açıq olacaq:

“Əsl ehtiyac bu məlumatların istifadə oluna biləcəyi və iqtisadiyyata ötürülməsi üçün şərait yaratmaqdır. Yeni süni intellekt fabrikinin və “superkompüter”in ən böyük üstünlüyü məhz burada özünü büruzə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr