AZ

Sloveniyada süni intellekt fabriki açıldı

Sloveniyada süni intellekt fabriki açıldı

Sloveniyada yüksək məhsuldarlıqlı kompüterlərlə təchiz edilmiş "Sloveniya Süni İntellekt Fabriki" rəsmi olaraq fəaliyyətə başlayıb. Müəssisənin açılışını Sloveniyanın Baş naziri Robert Qolob edib.

Baş nazir Robert Qolob açılışda çıxış edərək bildirib ki, bu fabrik Sloveniyanın texnoloji yarışda geridə qalmamasını təmin edəcək. O, superkompüterin yalnız elm adamları üçün deyil, həm də sənaye və dövlət sektoru üçün əlçatan olacağını vurğulayıb:

"Əsas ehtiyac bu biliklərin istifadə oluna biləcəyi şəraitin yaradılması və onun iqtisadiyyata ötürülməsidir. Milli generativ süni intellekt (generative AI) platforması vasitəsilə vətəndaşların bu texnologiyaya birbaşa çıxışını təmin etmək variantını da dəyərləndiririk".

Avropa Komissiyasının Sloveniya nümayəndəliyinin rəhbəri Yerneya Yuq Yerse qeyd edib ki, bu müəssisə Aİ miqyasında qurulmaqda olan süni intellekt fabrikləri şəbəkəsinin bir hissəsidir. Layihə Lüksemburqda yerləşən EuroHPC şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.

Fabrikin əsas funksiyaları:

Süni intellekt (AI) ekosistemini inkişaf etdirmək;

Dövlət sektoru və sənayedə AI tətbiqlərini genişləndirmək;

Milli generativ AI platformasını işə salmaq;

Tədqiqat mərkəzlərinə yüksək hesablama gücü təqdim etmək.

Seçilən
32
afn.az

1Mənbələr