AZ

Paşinyan Ermənistanın ABŞ-dan hərbi dronlar aldığını açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın ABŞ-dan hərbi dronlar aldığını açıqladı.

"Hərbi və müdafiə əməkdaşlığı sahəsində də əhəmiyyətli irəliləyişlər qeydə alınıb. İkitərəfli çoxvektorlu əməkdaşlığı və üç illik aktiv hərbi təlimləri davam etdirən Ermənistan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları alıb. Onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub və müdafiə qabiliyyətlərimizin gücləndirilməsinə effektiv şəkildə töhfə verəcək", - deyə Paşinyan ABŞ-ın vitse-prezidenti J.D. Vance ilə keçirdiyi brifinqdə bildirib. Brifinq yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Paşinyan xarici satınalma proqramının bir hissəsi olaraq həyata keçirilən bu razılaşmanın "gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına" ümid etdiyini bildirib.

Əziz Mustafa

Seçilən
65
oxumeni.az

1Mənbələr