AZ

ABŞ şirkətləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsini yüksək qiymətləndirir - Çoksi

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir vəşaxələndirilib.

Trend xəbər verirki, bunu Bakıda keçirilən brifinqdə Yaxın Şərq və Türkiyə üzrəbeynəlxalq üzv əlaqələri üzrə baş vitse-prezident Xuş Çoksibildirib.

O vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatının ən diqqətəlayiqtərəfi onun şaxələndirilməsidir. “Hətta enerji bu güniqtisadiyyatın yalnız 3,7%-ni təşkil edir ki, bu da iqtisadistrukturun geniş tarazlığından xəbər verir. Buna görə də, nümayəndəheyətimizin tərkibinə və Azərbaycana olan marağa nəzər salsaq, bu,həqiqətən çox genişdir”, - deyə Çoksi bildirib.

Baş vitse-prezident qeyd edib ki, nümayəndə heyətinətelekommunikasiya, enerji, müdafiə, səhiyyə, ödəniş sistemləri vəbank sektoru üzrə şirkətlər daxildir. “İstehsal da müxtəlifformalarla təmsil olunur. Beləliklə, əhatə dairəsi həqiqətən sondərəcə genişdir. Başqa sözlə, Azərbaycan iqtisadiyyatı hərtərəfliinkişaf edir”, - deyə o əlavə edib.

Seçilən
69
az.trend.az

1Mənbələr