Bakı. Trend:
Azərbaycan enerji sektorunda regional bir həlqə rolunu oynayabilər.
Trend xəbər verirki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasınınbeynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə başvitse-prezidenti Xuş Çoksi bildirib.
O qeyd edib ki, Azərbaycanın əla infrastruktura malik olmasıölkəyə enerji resurslarından iqtisadiyyatını şaxələndirmək vəiqtisadi artımı təmin etmək imkanı verir. “Buna görə də,Azərbaycanın inkişafı üçün müxtəlif imkanlar mövcuddur. Məsələn,turizm sektoruna baxaq: ölkəyə gələn qonaqların sayı, xizəkkurortları və infrastruktur, Bakının tarixi irsi – bunlar yalnızbir nümunədir”, - deyə o bildirib.
Çoksi Azərbaycanın strateji coğrafi mövqeyinə də diqqətçəkib.
“Şərqlə Qərbi birləşdirən mövqeyi Avropanın enerjiehtiyaclarını, nəqliyyat marşrutlarını, logistikasını, istehsalınıvə şimal-cənub əlaqələrini dəstəkləyir. Azərbaycan enerji mərkəzikimi xidmət edə bilər, xüsusilə də region inkişaf etdikcə. Ölkəsərhədlərindən kənarda bir sıra bazarlara çıxış imkanı yaradanstrateji mövqedədir”, - deyə o əlavə edib.