AZ

Brüsseldə Kiyevə görə inanılmaz plan hazırlanır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 2027-ci ildə Ukraynanın “qismən” üzvlüyünə gətirib çıxara biləcək görünməmiş bir plan hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, təşkilatın yeni ölkələrin qəbul edilməsinə yanaşmasını kökündən dəyişə bilər:

“Planın son versiyası qeyri-rəsmi olaraq “tərs genişlənmə” adlandırılıb. Çünki ölkələrin Aİ-yə üzvlük meyarlarını yerinə yetirmə prosesinin sonunda deyil, əvvəlində qoşulmasını nəzərdə tutulur.

Avropa rəsmiləri deyirlər ki, plan Kiyevə islahatları başa çatdırmaq üçün vaxt verəcək. Həmçinin Ukraynanın Aİ-yə qoşulmaq ümidlərindən əl çəkərək Qərbdən üz döndərmə ehtimalını azaldacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
globalinfo.az

1Mənbələr