AZ

Şorbanın müalicəvi təsiri var? -Açıqlama

Endokrinoloq Maksim Kuznetsov mədə problemləri zamanı şorbanın faydaları ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə özünün "Telegram" kanalında paylaşım edib.

Kuznetsovun sözlərinə görə, şorba sadəcə suda bişirilmiş qidadır və xüsusi müalicəvi xüsusiyyətlərə malik deyil. O vurğulayıb ki, bu yeməklə immuniteti gücləndirmək və ya mədə xəstəliklərini müalicə etmək mümkün deyil.

Mütəxəssis qeyd edib ki, qastritin əsas səbəbi "Helicobacter pylori" bakteriyasının fəaliyyəti ilə bağlıdır. Bu patogeni orqanizmdən çıxarmaq üçün isə qida rasionunu dəyişmək kifayət etmir — mütləq antibiotiklərlə müalicə kursu keçmək lazımdır.

Həkimin fikrincə, şorba və digər yüngül yeməklər mədəni yormaya bilər, lakin onlar tibbi müalicəni əvəz etmir.

Aytəkin TOFİQQIZI

Seçilən
23
redaktor.az

1Mənbələr