Dünən dəm qazından zəhərlənərək vəfat edən İzzət Cəfərov Fövqəladə Hallar Nazirliyinin Siyəzəndəki şöbəsində çalışırmış.
Milli.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, FHN-in Dövlət Yanğından Müharfizə Xidmətinin Siyəzən Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində işləyib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo
Milli.Az