AZ

Agentlik sədri: Ötən il təhlükəli vəziyyətdə olan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib

"Ötən il təhlükəli vəziyyətdə olan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib".

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı Agentliyin sədri Vüsal Ağayev bildirib.

O, qeyd edib ki, ötən il 3561 təhlükə potensiallı obyektdə 37569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib:

“Aktlarda 14992 qayda pozuntusu qeydə alınıb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunum istismarına məhdudiyyət tətbiq edilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib".

Onun sözlərinə görə, edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd çıxarış təqdim edilib.

Agentlik sədri qeyd edib ki, təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib.

“Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib. Müraciət edən şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 3405 ədəd Şəhadətnamə verilib”, - Vüsal Ağayev bildirib.

Seçilən
68
4
apa.az

6Mənbələr