AZ

Agentlik rəisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 10 fevral, AZƏRTAC

Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin rəisi Vüsal Ağayev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, ötən il ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi istiqamətində fəaliyyət davam etdirilib. İl ərzində agentlik tərəfindən 3 min 561 təhlükə potensiallı obyektdə 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6 min 603 akt tərtib edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
5
azertag.az

6Mənbələr