Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya işğalçı ordusunun tərkibində döyüşən “arbat” erməni batalyonunun komandiri Hayk Qasparyan Ukraynada məhv edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya və Ukrayna kanallarında məlumat yayılıb.
Rusiya mediasında Qasparyanın fevralın 9-da döyüş tapşırığını yerinə yetirərkən öldürüldüyü bildirilir. Hərbi kanallar onun necə məhv edildiyi barədə hələlik heç bir məlumat vermir.
Qasparyanın ölümü ilə bağlı xəbər əvvəlcə ermənipərəst Semyon Peqovun “WarGonzo” kanalında dərc olunub, lakin sonradan paylaşım silinib. Medianın məlumatına görə, Qarabağda məskunlaşdırılmış ermənilərdən olan Qasparyanın 34 yaşı olub. Daha əvvəl müxtəlif ağır cinayətlərə görə həbsdə yatan Qasparyan həbsxanadan “Vaqner”-ə cəlb olunub. Ukraynaya qarşı işğalda iştirakına görə bu cinayətkar Yevgeni Priqojin və Vladimir Putin tərəfindən təltif də edilib.
Qeyd edək ki, erməni batalyonunu Donbasda quldurluqla məşğul olmuş Armen Sarkisyan adlı digər erməni cinayətkar yaradıb. Onu 2025-ci ildə Ukrayna xüsusi xidmət orqanları Moskvada, yaşadığı binada partladaraq, layiq olduğu yerə göndəriblər.
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.