"Bu gün Cənubi Qafqaz dönüş dövrünü yaşayır. Regionda sabitliyin yaranması, sülhə doğru atılan addımlar beynəlxalq aləmin regiona diqqətini daha da artırır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Kamran Bayramov deyib. Millət vəkili bildirib ki, bu ərəfədə Birləşmiş Ştatların vitse-prezidenti Vensin də səfəri məhz Tramp administrasiyasının Cənubi Qafqaza olan marağından irəli gəlir:
"Əvvəlki administrasiyalardan fərqli olaraq Tramp rəhbərliyi regionla əməkdaşlığa xüsusi diqqət yetirir. Hesab edirəm ki, Vensin səfəri qarşılıqlı münasibətlərdə yeni bir mərhələ olacaq".
Süleyman