Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna və Rusiya liderləri sülh danışıqlarında qalan ən çətin məsələləri müzakirə etmək üçün şəxsən görüşməlidirlər. Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, indiki şəraitdə Rusiya Prezidenti Vladimir Putinin istəyi Ukraynanın təslim olmasıdır:
"Ukrayna əvvəlcədən elan etsə ki, “mən Putinin şərtlərini qəbul edirəm, təslim olmağa hazıram”, onda Putin deyər ki, “zəhmət çək, gəl Moskvaya, təslim aktına qol çək, məsələ bitsin”. Bu isə Ukrayna Prezidenti Volodimir Zelenskinin özünün və xalqının siyasi intiharına bərabərdir. Çətin ki, belə bir şəraitdə nəsə alınsın. Elə boş söhbətlər gedir. Cəbhədə həm Ukrayna üçün, həm də Rusiya üçün çıxılmaz vəziyyət yaranıb. Ona görə tərəflər sadəcə diplomatik manevrlər edir, əsassız bəyanatlar verirlər ki, diqqəti yayındırsınlar. Müharibə hər iki dövlətə böyük fəsadlar gətirir".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.