“Son iki ildə Azərbaycan iqtisadiyyatı 5% böyüyüb, ÜDM 123 milyard manatdan 129,1 milyard manatadək artıb və 6 milyard manatlıq yeni dəyər yaranıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin fevralın 10-da keçirilən iclasında deyib.
O bildirib ki, eyni dövrdə sosial xərclərə 32,7 milyard manat ayrılıb, 2026-cı il üçün isə sosial büdcə 17,1 milyard manat təşkil edəcək: “Dünən Prezident sərəncamı ilə təxminən 1,1 milyon vətəndaşın pensiyaları artırılıb”.
Deputat vurğulayıb ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına ümumilikdə 22,1 milyard manat vəsait ayrılıb və hazırda bu ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və işləyir.
Nazim Hacıyev
Telegram kanalımız