AZ

Ermənistanla Rusiyanı birləşdirən yol bağlandı

Gürcüstandan Rusiyaya "Yuxarı Lars" vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq əhəmiyyətli avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi ilə əlaqədar bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib", - məlumatda deyilir.

Xatırladaq ki, MAPP "Yuxarı Lars" vasitəsilə yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru marşrutudur.

Ayxan
Milli.Az

Seçilən
68
3
milli.az

4Mənbələr