AZ

Bakı şəhərində İslam Səfərli küçəsində piyada zonası yaradılır – FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxtda piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bu çərçivədə şəhərin sıx istifadə olunan ərazilərindən biri olan İslam Səfərli küçəsində də yenidənqurma işləri aparılır. Küçə piyada yönümlü formata çevrilir, bütün kommunikasiya xətləri tam yenilənib.

Layihə çərçivəsində küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq sahələri yaradılıb, işıq dirəklərinin quraşdırılmasına başlanılıb. Daş döşəmələrin böyük hissəsi tamamlanıb, ayrı-ayrı hissələrdə skamyalar qoyulub və ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Layihə 1 kilometrdən çox ərazini əhatə edir.

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, həyata keçirilən işlər yalnız şəhərin estetikasını yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına xidmət edir.

Seçilən
23
veteninfo.az

1Mənbələr